Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 281 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi oğurlanıb.

 

bizimaz.az Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. İddiaya görə, şagird hər kəsin gözü qarşısında metalyığan şəxs tərəfindən oğurlanıb.

Məlumatda qeyd olunur ki, övladının oğurlanmasını eşidən ananın ürəyi gedib. Ətrafdakı insanlar anaya kömək etməyə çalışıblar. Hadisə yerinə polis əməkdaşları gəlib.

Bir müddət sonra isə uşaq tapılıb.

Minval.İnfo