"Yanıq Mərkəzində olan iki Suriya vətəndaşının vəziyyəti ağır-stabildir".
Bizimaz.az: Bunu Mərkəzin baş həkimi Şöhrət Məmmədov deyib. Baş həkim bildirib ki, xəstələrin müalicələri davam etdirilir və onlar tam nəzarət altındadırlar.“Vəziyyətləri pis deyil, amma sağalmaqları barədə danışmaq tezdir”.Səhiyyə Nazirliyindən isə verilən məlumata görə, Qəbələ rayon Mərkəzi Xəstəxanasında qalan 3 Suriya vətəndaşının müalicəsi davam etdirilir.Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.