Xəbər lenti


Florida Ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası Kaliforniya ştatının Qlendeyl şəhərində 100 məhəlləni əhatə edən Merilənd prospektinin adının dəyişdirilərək Arsax adlandırılmasına qarşı bəyanat yayaraq məsələ ilə bağlı etirazlarını ifadə ediblər.
Bizimaz.az: Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən xəbərə görə, bəyanatda deyilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin dünyaya inteqrasiyasının və ümumi inkişafının şərtlərini müəyyənləşdirəcək əsas faktor kimi çıxış edir. Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuzu var, o, Cənubi Qafqazın ən mühüm ölkəsi kimi tanınmaqdadır.

Soydaşlarımız Azərbaycanın ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurduğunu vurğulayaraq, tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb edir.

Bəyanat müəllifləri Merilənd prospektinin adının dəyişdirilərək Arsax adlandırılmasını narazılıqla qarşılayaraq, erməni lobbisinin maraqlarını həyata keçirməyə hazır olan Qlendeyl şəhər şurasının mövqeyindən narahatlıqlarını diqqətə çatdırıblar.

Ermənistanın təcavüzkar siyasətinə dair beynəlxalq təşkilatların müxtəlif sənədlər, qətnamələr, bəyanatlar qəbul etsə də, dünya birliyinin işğalçı Ermənistanı cəzalandırmaq üçün konkret addımlar atmadığını xatırladan soydaşlarımız bildirir ki, rəsmi İrəvan hələ də işğalçı dövlət mövqeyindən geri çəkilmir.

Bəyanatda qeyd edilir ki, “Biz – dünya azərbaycanlıları bütün beynəlxalq təşkilatlara, xüsusilə BMTAvropa İttifaqı və Helsinki Komissiyasına müraciət edərək, Kaliforniya ştatında çoxsaylı azərbaycanlıların yaşadığını nəzərə alaraq, dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün, ən qısa müddətdə ciddi addımların atılacağına ümid edirik”.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov