İcra başçısı olmayan şəhərlərdən biri Mingəçevirdir. Ölkə başçısının avqustun 28-də imzaladığı sərəncama əsasən, Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
Prezidentin digər sərəncamı ilə N.Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bundan başqa Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi hələ də boşdur. Belə ki, iyulun 16-da dövlət başçısının sərəncamına əsasən, Eldar Əzizov
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin edilib. O, hazırda
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir. E. Əzizov buna qədər
Bakının Səbail rayonunun İH başçısı vəzifəsində çalışıb.