Xəbər lenti

İnkişaf etmiş ölkələrdə həyata keçirilən limbal kök hüceyrə köçürmə əməliyyatı ölkəmizdə də reallaşıb.
Bizimaz.az:  limbal kök hüceyrə köçürmə əməliyyatı gözün buynuz qişasında aparılan unikal bir göz əməliyyatıdır. 10 ildir buynuz qişanın xorası səbəbilə müalicə almasına baxmayaraq gözündə şiddətli ağrıları davam edən xəstəyə Avrasiya Hospitalda oftalmoloqlar Dr. Şahin Novruzlu və Dr.Rəhimə Poluxova tərəfindən limbal kök hüceyrə köçürülməsi əməliyyatı həyata keçirilib.

Rəhimə Poluxova bildirib ki, əməliyyat aparılan vətəndaşımız 10 il əvvəl bir əməliyyat keçirib və onu əməliyyatdan sonra şiddətli ağrılar narahat edirdi: “Müayinə etdik ilk öncə müalicə təyin etdik, müalicənin gedişatı əsasında Şahin Novruzlu ilə birlikdə əməliyyatı təyin edək”. 

Şahin Novruzlu isə bildirib ki, 10 ildir şikayəki davam edən xəstə, onlarla dərman istifadə etməsinə baxmayaraq xəstənin şikayətləri hələdə davam etməkdə idi: “Müayinə nəticəsində buynuz qişada damarlanmaların, böyük xoranın olduğunu aşkarladıq. Bu damarlanmalara səbəb buynuz qışanın kök hüceyrə yetməzliyi səbəb olduğunu düşündük. Xəstəyə kök hüceyrə köçürülməsi əməliyyatına qərar verdik. Xəstənin gözündəki kök hücerə yetməzliyi sahəsinin böyük olduğunu nəzərə alıb digər gözündən konyunktival qreftlə birlikdəlimbal kök hüceyrə köçürtdük. Xəstənin əməliyyatdan sonra şikayətləri tamamilə keçdi, qizarıqlıq yanma batma şikayətləri aradan qalxdı və xəstə kofortlu həyat tərzinə davam etməyə başladı”.

Beləliklə, Azərbaycan səhiyyəsi yeni bir uğura imza atıb. Kök hüceyrə köçürmə əməliyyatı artıq ölkəmizdə də reallaşmaqdadır. 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov