Xəbər lenti


"Bakı şəhərində qeyri-qanuni tikililərə qarşı mübarizə davam edir". 
Bizimaz.Az:Bu barədə  açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov bildirib. Onun sözlərinə görə, qeyri- qanuni tikililər inkişafda olan şəhərlərin, ümumilikdə dünyanın problemidir.
"Bakıda son vaxtlar belə tikililərin sayı azalıb. Bunlara qarşı mübarizə gedir. Azərbaycan hüquqi dövlət kimi formalaşıb və qanun qarşısında hamı bərabərdir".

E.Əzizov "Sovetski"dəki söküntü işi və sakinlərin narazılığı ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, söküntü prosesinin davam etdiyi ərazidə müraciətlər müvafiq qaydada baxılır. 

"Proses gedən yerdə kimsə razı, kimsə narazı olur. Bu, təbii haldır. Söküntü və yeni binaların tikilməsi daim davam edir. Bu cür şəhərlərdə iş heç vaxt dayanmayacaq. Normal haldır. Yeni binalar tikilirsə, söküntü gedirsə, demək yaşayırıq, inkişaf var".
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov