Xəbər lenti


Son günlər ictimai nəqliyyatda sərnişinlər arasında yaranan mübahisələrin ciddi dava ilə nəticələnməsi halları artıb. Bu cür hadisələrlə bağlı yayılan görüntülərdə bəzən söyüş, tərbiyəsiz ifadələrin səsləndirilməsinin də şahidi oluruq. Təbii ki, bu hallar digər sərnişinlərin narahatlığına səbəb olur. Üstəlik, həmin vaxt avtobusda olan azyaşlıların bu cür hallara şahid olması heç də xoş deyil. Ümumiyyətlə, bu cür davalar həm sərnişinləri narahat edir, həm də sürücünün diqqətini yayındırır. Təbii ki, belə olan halda qəzaların baş verməsi qaçılmaz olur.

 

bizimaz.az Bəs ictimai nəqliyyatda hər hansı səbəbdən dava edən sərnişinlərlə bağlı sürücü hansı addımı atmalıdır?

 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib ki, sürücünün həmin sərnişinləri avtobusdan yerə endirə bilər:

 

“Əgər sərnişin avtobusun salonunda ictimai asayiş qaydalarını pozursa, sərnişinin sərxoş vəziyyətdə olması digər sərnişinlər üçün narahatlıq yaradırsa, sərnişin daşınması qadağan edilmiş əşyaların olduğu baqajı və ya əl yükünü aparmaq niyyətindədirsə, avtomobil daşıyıcısının (sürücünün) sərnişinləri daşımaqdan imtina etmək hüququ var. Bu hüquq "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Odur ki, salon daxilində uca səslə mübahisə edərək digər sərnişinləri narahat etməməyi xahiş edirik”.



© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov