Bizimaz.az: bunu Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri
Zakir Qaralov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində yazıb.
Baş prokuror qeyd edib ki, müsabiqə yolu ilə qulluğa qəbul olunan gənclərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilməklə hazırda onlardan 125 nəfəri
Baş Prokurorluqda, 44 nəfəri isə rəhbər vəzifələrdə çalışır.
Z. Qaralov bildirib ki, ötən ilin peşə bayramından sonrakı dövrdə 195 prokurorluq işçisi xidməti qaydada həvəsləndirilib, intizam məsuliyyətinə cəlb edilən 38 işçidən 25 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 6 nəfər vəzifədən azad edilib, 5 nəfər prokurorluq orqanlarından xaric olunub:
"Ötən ilin peşə bayramından sonrakı dövr ərzində
Baş Prokurorluqda 1506 vətəndaşın qəbulu həyata keçirilmiş, onlardan 206 nəfəri Baş Prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilib. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində tərəfimdən əhalinin səyyar qəbulu keçirilməklə vətəndaşların qaldırdıqları məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu tədbirlər mütəmadi xarakter daşımaqla, ötən bir ilə yaxın müddət ərzində bölgələrdə 12 səyyar qəbul keçirilməklə ümumilikdə 291 vətəndaş qəbul edilərək daxil olmuş müraciətlərin hərtərəfli araşdırılması və qısa müddətdə qanuni həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib".