BizimAz.az: Türkiyə
KİV-nə istinadən xəbər verir ki,
BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorka səfərini başa vuran Ərdoğan şəxsi təyyarəsi ilə Berlinə eniş edib.
27-29 sentyabr tarixlərində Berlində səfərdə olacaq Ərdoğan almaniyalı həmkarı Frank-
Valter Ştaynmayer və Almaniya kansleri
Angela Merkellə görüşəcək. Danışıqlar zamanı iqtisadi, təhlükəsizlik, müdafiə, mədəniyyət və sosial sahələrdə ikitərəfli münasibətlər, həmçinin, Almaniyada yaşayan türk cəmiyyətinin üzləşdiyi problemlər müzakirə olunacaq.
Beynəlxalq gündəmlə bağlı müzakirələrdə isə ilk növbədə
Suriyadakı vəziyyət, terrorizm və qanunsuz miqrasiya ilə mübarizə və Türkiyə ilə
Avropa İttifaqı arasındakı əlaqələr prioritet olacaq.
Qeyd edək ki, bu, son 7 il ərzində Türkiyə prezidentinin Almaniyaya ilk rəsmi səfəridir. Ərdoğanın Almaniyada bir sıra ictimai birliklərin nümayəndələri və nüfuzlu türk-alman şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcəyi, həmçinin, Kölndəki məscidin açılışında iştirak edəcəyi gözlənilir.