Bizimaz.az: Sevil Nuriyevanın “Allah var, qəm yox” adlı statusunu təqdim edir:
“Bu dünya mərdləri də, namərdləri də ayırd edən yerdir. Nəhayət, divana çıxacağıq... Mənim Etimadım mərd doğuldu və mərd kişi olaraq, bu aləmi tərk etdi...
Cənnətdə onunla təkrar qovuşmaq ən böyük arzumdur. Bu gün 7-ci gündür ki, bu aləmi tərk etdi. Mən ondan razıyam, dostları, iş gördüyü namuslu insanlar, qohumları ondan razıdır. Ağzı oruclu, abdestli və ən son gün zəkat verərək dünyadan köçdü. Allah səndən razı olsun, canımın içi. Sən İlyası necə görmək istəyirdinsə, məni necə görmək istəyirdinsə, sənə sözümdür, hamısı olacaq...
Bu gün dostlarından mülk və yasin surəsi oxunmasını xahiş edirəm. Məni yalnız buraxmayan, dualarını əksik etməyən, başsağlığı verən, mənim çiynimə çiynini dayayan gerçək dostlarımıza mütəşəkkirəm. Allah sizləri qorusun və dərd verməsin.
Bu dünyada nəfəsim bədənimdən çıxan günə qədər Allahım üçün, məfkurəm üçün, davam üçün, Etimadım üçün, İlyasım üçün, dostlarım üçün yaxşı olmağa, mərd olmağa, mərhəmətli olmağa davam edəcəm. Acım dərin və heç dinməyəcək. Amma cənnətdə qovuşanadək dua edəcəm Etimad... Səninlə fəxr etdim hər zaman... Səninlə birlikdə keçən hər an bir ömür qədər qiymətlidir, əzizdir, Əzizim. Arxanda qoyduğun mərd adam adı üçün sağ ol, canım. İlyasa buraxdığın ən qiymətli miras budur. Məni gözlə, əzizim. Vaxt tamam olanda Allah cənnətində qovuşduracaq, inşallah.
Sənə alçaqca, qorxaqca, şərəfsizcə saldıran pislik isə hər iki dünyada bimar olacaq. Allahın ədalətinə sonsuz şükürlər olsun. Və Türkiyə dövlətinin ədaləti hər şeyi şübhəsiz ortaya çıxaracaq. Qanımızı axıdan bişərəfin, namussuzun cəzasını ilahi ədalətə və Türkiyə dövlətinin ədalətinə həvalə edirəm...”.