Xəbər lenti


İndi Dağlıq Qarabağ münaqişəsi haqqında yalnız keçmiş zamanda danışmaq olar. Qarabağda atəşkəs rejimi qorunub saxlanılır və getdikcə daha da möhkəm olacaq.

 

Bizimaz.az Modern.az-a istinadən  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən söyləyib.

Bu məsələdə Rusiya Prezidenti Vladimir Putinlə tam razı olduğunu qeyd edən dövlətimizin başçısı vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi barədə biz keçmiş zamanda danışmalıyıq. Bu, artıq tarixdir.

Rusiyanın Qarabağda sülhməramlı missiyasına toxunan Prezident İlham Əliyev deyib: “Missiya Azərbaycanın müvafiq strukturları ilə daim əlaqədədir. Üçtərəfli Bəyanatın imzalanmasından ötən təxminən ayyarımda atəşkəsin pozulması ilə bağlı cəmi bir insident olub. İnsident bir gündə aradan qaldırılıb, atəşkəs rejimi qorunub saxlanılır, düşünürəm ki, gündən-günə daha da möhkəmlənəcək”.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov