Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabinetinin iclası keçirilib
BizimAz.az: Baş nazir
Novruz Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.
Geniş müzakirələrdən sonra qərara alınıb ki, təqdim olunan büdcə layihələri bəyənilsin və “Büdcə sistemi haqqında” qanununa müvafiq olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu
Prezidentə təqdim edilsin.