Xəbər lenti


Bu gün ARB 24 telekanalının yayımın dayandırılması və kanalın icraçı direktorunun işdan azad olunması ilə bağlı mediada bəzi məlumatlar dərc olunub.

BizimAz.az : “ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli  açıqlamasında yayılan məlumatlara aydınlıq gətirib.
Telekanal rəsmisi bildirib: “Kanalın efir mərkəzinin və yayımının paytaxt Bakıya köçürülməsi ilə əlaqədar olaraq, yayım avadanlıqları üzərində texniki işlər aparılması zərurəti yarandığından, ARB 24 telekanalının Tovuz şəhərindəki yayımı müvəqqəti olaraq dayandırılıb. ARB 24 yaxın günlərdə Bakı şəhərində qurulan yeni yayım mərkəzindən efirə çıxacaqdır. Bu texniki yenilənmələrdən başqa kanalın yayımı və fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Biz yenə də böyük tamaşaçı auditoriyamıza ən yüksək səviyyədə informasiya buraxılışlarını təqdim etməyə davam edəcəyik.

Kanalın icraçı direktoru Nadir Şəfiyevlə bağlı mətbuatda dərc olunan məlumatlarla bağlı isə onu bildirmək istəyirik ki, Nadir Şəfiyev öz xahişi ilə işdən çıxıb. Onun vəzifəsinin icrası isə ARB 24 kanalının baş redaktoru Radik İsmayılova həvalə olunub".
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov