Xəbər lenti


YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Naqif Həmzəyev Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürk ilə görüşüb.
BizimAz.az görüşdə iki ölkənin qardaşlıq və dostluq münasibətlərindən söhbət açılıb, eyni dilə, dinə, tarixə və adət-ənənələrə malik Türkiyə və Azərbaycanın münasibətlərinin sürətli inkişafı xüsusi ilə vurğulanıb. 

Ölkələr arasındakı münasibətlərimizin yüksək səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin əvəzsiz rolu olduğunu qeyd edən millət vəkili Naqif Həmzəyev ölkə Başçılarının mütəmadi qarşılıqlı səfərlərinin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılıb. Sonda Naqif Həmzəyev Zəki Öztürkə fəaliyyətində uğurlar arzu edib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov