Pakistanın Baş naziri İmran Xan ölkəsinin televiziya kanallarından birinə müsahibə verərkən jurnalist ondan “Azərbaycanda hər yerdə Azərbaycan, Türkiyə və Pakistan bayraqları dalğalanması, Azərbaycanın Qələbə qazanması, dost ölkənin çətin mübarizə nəticəsində öz torpaqlarını erməni işğalından azad etməsi” məsələsinə münasibət bildirməsini istəyib.
AZƏRTAC xəbər verir ki, Baş nazir İmran Xan jurnalistə cavabında bildirib: “Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar”.