Prezident İlham Əliyev Cavid Qurbanovla bağlı sərəncam verib.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Cavid Qənbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, sabah “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun 60 yaşı tamam olur.