Ermənistanın Baş nazirinin müavini, Fövqəladə Hallar üzrə Komandan, Paşinyanın “sağ əli” Tiqran Avinyan (fotoda sağdan üçüncü) bir gün əvvəl məhv edilib, yaxud da ağır yaralanıb.
Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, hadisə Dağlıq Qarabağ separatçılarının qondarma rəhbəri Araik Arutunyanın korteji Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurularkən baş verib.
Tiqran Avinyan müharibə dövründə Dağlıq Qarabağ işğalçılarına kömək üçün “könüllü dəstələr”in təşkilində iştirak edib.
Bizimlə əlaqə saxlayın
10
37
712
yuxarı
Sabahın hava proqnozu açıqlandı
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 16-19, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Noyabrın 4-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 16-20, dağlarda gecə 3-8, gündüz 14-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 4-də Abşeron yarımadasında əsasən sakit və iqlim normasına yaxın temperatur rejimi əksər insanlar üçün müsbət amil olsa da, bir qədər rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.