bizimaz.az Qeyd edək ki, qaliblər üçün müəyyən edilən mükafat indiyədək jurnalistlər arasında keçirilən müsabiqələr arasında ən yüksəyi idi: I yer 3000 manat, II yer 2000 manat, III yer 1000 manat.
DİN-nin müsabiqə komissiyası əvvəlcə müsabiqə nəticələrinin ilin sonundək elan ediləcəyini desə də, sonradan ümumiyyətlə nəticələr ləğv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, jurnalist yazılarını dəyərləndirən komissiya üzvləri ümumilikdə daxil olan materiallardan narazı qalıb:
“Materiallar içərisində polisin fəaliyyətini tam tərənnüm edən yazılar olmayıb. Ona görə də müsabiqənin qalibləri yoxdur”.
Müsabiqənin bu cür sonluqla yekunlaşması DİN-ə yazı təqdim edən bəzi jurnalistlərin narazılığı ilə qarşılanıb.