Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsi Azərbaycan Respublikasının bayrağı ilə işıqlandırılıb.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, işıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə hərəkətdə olublar.

Qüllənin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət!” ifadəsi, onun ardınca isə “Can Azərbaycana sevgilərlə” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda hərəkət edib.