bizimaz.az Bakıda yeni istifadəyə verilmiş idman-əyləncə park kompleksində
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşan tədbirdə paytaxtın bir sıra uşaq evlərində məskunlaşan valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, internat məktəblərinin şagirdləri iştirak ediblər.
Şənlikdə uşaqlar üçün müxtəlif əyləncə və şou proqramlar təqdim edilməklə yanaşı, müxtəlif müsabiqələr, idman estafetləri, oyunlar keçirilib.
Tədbir iştirakçıları park ərazisində müxtəlif sahələr üzrə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, əylənib, bayram ovqatlı, yaddaqalan bir gün yaşayıblar.
Şənlikdə, həmçinin 1 saylı uşaq evinin sakini Maral Zeynalova ad günü münasibətilə təbrik edilib, tort kəsilib.
Tədbirdə uşaqlara
Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Xatırladaq ki,
Heydər Əliyev Fondu mütəmadi olaraq valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyası olan uşaqlar üçün əyləncə və maarifləndirici layihələr həyata keçirir, onları ailə qayğısı ilə əhatə edir.