Xəbər lenti

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin koordinatoru Teoman Tiryaki ilə görüşüb.

 

Bizimaz.az Axar.az -a istinadən xəbər verir ki, abidələrin bərpasına yeni yanaşmalar, mədəni irsin mühafizəsi, mədəniyyət və tarixi abidələrinin bərpası və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə karantin qaydaları pozulub.

Fotodan görünür ki, həm Anar Kərimov, həm də qonaqlar maska taxmayıblar.

Mədəniyyət Nazirliyindən bildirlib ki, görüş zamanı maskadan istifadə edilib:

"Sadəcə, şəkil çəkiləndə görüşən şəxslərin kimliyi tam görünsün deyə, maska çıxardılıb. Foto çəkiləndən sonra maska taxıb, müzakirəyə davam ediblər".

Qeyd edək ki, fotoda masanın üzərində və qonaqların əllərində maska olduğu görünür.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov