Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ağır yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Gürcüstana başsağlığı verib.
Xarici İşlər Nazirliyinin rəhbəri bununla bağlı müvafiq paylaşımı özünün “Twitter” hesabında yerləşdirib:
“Gürcüstanın Duşeti bələdiyyəsindəki Şatili şosesində baş vermiş faciəli yol qəzası bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə başsağlığı veririk və qəza qurbanlarına tezliklə sağalmalarını arzu edirik. Dost Gürcüstan xalqına dəstəyimiz və həmrəyliyimizi ifadə edirik”.