Xəbər lenti

 

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər qüvvəyə minib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

 

Dövlət başçısı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanunu da imzalayıb.

Bununla da Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsində dəyişikliklər qüvvəyə minib.

Eyni zamanda, Prezident “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu da imzalayıb.

Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının avqustun beşi, altısı və yeddisi keçirilən plenar iclaslarında müzakirəyə çıxarılmışdı.

Büdcə zərfinə dəyişikliklərlə bağlı sənədlərin hamısı üç oxunuşdan keçmişdi. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov