bizimaz.az Xaricdən Azərbaycana idxal olunan Premium və Super Premium markalı benzinin qiyməti artıb.
Hazırda yanacaqdoldurma məntəqələrində Premium (Ai-95) markalı benzin 1.50 AZN-ə təklif olunur (əvvəl 1.25 AZN).
Super Premium (Ai-98) markalı benzinin qiyməti isə 10 qəpik artaraq, 1.60 AZN təklif edib.
Qiymət artımı yalnız ölkəyə idxal olunan benzin markalarında qeydə alınıb.
Daxili istehsal olan Ai-92 markalı benzin qiyməti isə dəyişməz qalaraq, 1 litrə görə 90 qəpik təşkil edir.