Avqust ayının 10 günündə 10 nəfər suda boğularaq ölüb.
bizimaz.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, Mingəçevirdə 2, Bakıda 2, Sumqayıtda 1, Lənkəranda 2, Daşkəsəndə 2 və Salyanda 1 nəfər suda boğulub.
Bu müddətdə Dənizkənarı Milli Park,
Nardaran, Mərdəkan, Buzovna, Türkan, Zuğulba-3,
Neftçala sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 16 nəfər xilas edilib.
Qeyd edək ki, iyul ayında 40 nəfər suda boğularaq ölüb.