Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib. Nəticədə yol ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşüb. Bu səbəbdən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
bizimaz.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, bu məqsədlə saat 11:00- dan başlayaraq yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.
Yolun iş gedən zolaqları həm Sumqayıt, həm də Bakı şəhəri istiqamətində tam məhdudlaşdırılacaq. Digər zolaqlarda hərəkət davam edəcək.
İşlər təxminən 3-4 saat müddətinə yekunlaşacaq.