Xəbər lenti

12
 sürücü 16 il müddətinə sürücülük hüququndan məhrum edilib.

 

bizimaz.az  paytaxt sakini Baloğlan İsa oğlu Baloğlanov yerli şirkətlərdən birinə sürücü kimi işə düzəlmək istəyib.

Ancaq bu zaman o, sürücülük hüququndan məhrum edildiyini öyrənib.

Baloğlanov Yol Polisi İdarəsinə gedərək, bunun səbəbini öyrənməyə çalışıb. Sürücünün məlumatlarına baxdıqda polis işçiləri özləri də şoka düşüblər. Sənədlərə əsasən, Baloğlanov 2034-cü ilədək sürücülük hüququndan məhrum edilib.

Qanunvericiliyə əsasən isə ölkədə hər hansı şəxs sürücülük hüququndan maksimum iki il müddətinə məhrum edilə bilər.

Əgər belədisə, bu nədir?

12

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib ki, bu, sistemdə texniki səhvlik səbəbindən baş verib.

“Biz vəziyyətdən xəbərdarıq. Baloğlan Baloğlanov Yasamal rayon Məhkəməsinin qərarı ilə yol-hərəkət qaydalarını pozduğuna görə 200 manat məbləğində cərimələnib. Sürücü cəriməni ödəyib.

13

Ancaq anlaşılmayan texniki səbəblərə görə, o, sürücülük hüququndan məhrum edilib. Sürücülük hüququndan məhrumedilmə müddətinə baxdıqda burada hansısa səhvliyin olduğunu başa düşmək olar”, – yol polisinin nümayəndəsi deyib.

O qeyd edib ki, Baloğlanovun problemi artıq həll edilib.


 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov