bizimaz.az Bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan məlumat verib.
" "Wikileaks" saytının materiallarına əsasən, Konstitusiya Məhkəməsinin hakimi Valeriy Poqosyana təzyiq edilib. O, Serj
Sarkisyanın xeyrinə qərar çıxarması üçün Ermənistanın ikinci prezidenti
Robert Koçaryan administrasiyasının nümayəndəsi tərəfindən ona təzyiq olunduğu barədə şikayət edib. "Wikileaks"in dərc etdiyi həmin məlumat öz təsdiqni tapıb. Armen Gevorqyan və daha bir məmur Konstitusiya Məhkəməsinin hakimi Valeriy Poqosyana təzyiq etməyə cəhd göstəriblər. Ona qarşı cinayət məcəlləsinin 332-ci maddəsinin 3-cü bəndi - ədalət mühakiməsinə maneçilik üzrə ittiham irəli sürülüb. Bu cinayətə görə 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Qabaqlayıcı tədbir kimi, ölkəni tərk etməməsilə bağlı Gevorqyanın üzərinə öhdəlik qoyulub." - deyə Xaçatryan bildirib.
Xatırladaq ki, Armen Gevorqyan 2007-ci ilin iyunundan 2008-ci ilin aprelinədək Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi olub.
Qeyd edək ki, 2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu evirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın keçmiş prezidenti
Robert Koçaryan və KTMT-nin fəaliyyətda olan baş katibi Yuri Xaçaturov həbs ediliblər. Xaçaturov hələlik zaminə çıxa bilib.