Xəbər lenti

Bakıda təhsil alan erməni general KTMT-ya baş katib gətirilir
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katib vəzifəsinə Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyanın namizədliyini təqdim etmək istəyir.
bizimaz.az bu barədə “168 jam” qəzeti Ermənistan hökumətindəki mənbələrinə istinadən yayıb. Nəşr hesab edir ki, bu addım sırf Rusiya ilə son vaxtlar gərginləşən münasibətləri yumşaltmağa yönəlib. 

Qeyd edək ki, V.Arutyunyan 1956-cı ildə Gürcüstanın Axalkələk bölgəsində doğulub. 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub. 1978-ci ildə Bakıda keçmiş S.M.Kirov adına Xəzər Ali Hərbi-dəniz Məktəbini bitirib. Rusiya ilə çox yaxşı münasibətləri var. Qarabağdakı terrorçu separatçılar onun müdafiə naziri olmasını istəyirlər. O, 2002-ci ildə keçmiş baş nazir Aram Sarkisyanın başçılıq etdiyi, müxalifətdə olan Ermənistan Respublikaçılar Partiyasına üzv olub.

Eyni zamanda onun yenidən Ermənistanın müdafiə naziri vəzifəsinə təyin ediləcəyi gözlənilirdi. Lakin yeni baş nazir Nikol Paşinyan açıqlama verərək, ölkənin yeni müdafiə nazirinin David Tonoyan olacağını elan edib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov