Dünya miqyasında intiharlara səbəbə olaraq gündəmə gələn “Mavi balina” oyununun ardınca növbəti “internet bəlası” olan “Momo” adlı oyun ortaya çıxıb.

 

bizimaz.az  “Mavi balina”nın idarəçilərinin həbs edilməsindən sonra oyununun ortadan qaldırılacağına ümid edilsə də, mütəxəssislər oyunun sadəcə adının dəyişdiyini, təhlükənin isə eyni qaldığını bildirib.

Elm adamları və psixoloqların tövsiyələrinə görə, azyaşlıları internetin mənfi xüsusuiyyətlərindən qorumaq üçün onları sadəcə təhlükəli oyunlardan uzaq tutmaq yetərli deyil:

Hər dövrdə oyun adı altında və ya müxtəlif maraq cəlb edən məzmunlarda, xüsusilə, uşaqları hədəf alır və onlara meydan oxuyaraq istədiklərini həyata keçirməyə məcbur edirlər. Daha öncə bu təcrübə “Mavi balina” oyunu vasitəsilə sərgilənib.

 

İndi isə bu missiyanı Latın Amerikasında meydan gələn və sürətli şəkildə dünyaya yayılan “Momo” adlı oyun yerinə yetirir. Oyun vasitəsilə insanların şəxsi bilgiləri ələ keçirilir, daha sonra şantaj edilərək müxtəlif işgəncə üsullarını həyata keçirməyə məcbur edilir. Oyun isə intiharla nəticələnir. Dünyada əksər uşaq kiber-zorakılığa məruz qalır. Ancaq bunu ailələrinə bildirmir. “İçəridə qatil, oğru, təcavüzçü, manyak var” desəniz, heç kim içəri girmək istəməyəcək. İnternetdə isə bunların hamısı var. Buna baxmayaraq, lazımi təhlükəsizlik tədbirlərini görmədən həm özümüz istifadə edirik, həm də uşaqlarımıza icazə veririk. Valideynlər uşaqlarının virtual dünyada nə etdiklərindən xəbərdar deyil. Bunu bilmək üçün uşaqla ailə arasında çox yaxşı münasibətlər olmalıdır. Uşaqla qarşılıqlı güvənə dayanan münasibət qurulmalıdır. Qadağan etmək yerinə, bilgiləndirib doğru istiqamətləndirmək lazımdır. Bilgili uşaq qarşılaşacağı hər hansı təhlükəyə qarşı hazırlıqlı olacaq”.

Mütəxəsisslərin fikrincə, sürətli şəkildə həyatımıza daxil olan internet dünyası ilə azyaşlıları yaxından və doğru şəkildə tanış etmək üçün məktəbdə aşağı siniflərdən etibarən internet və kompüter dərsi keçirilməlidir. Dərsdə internetdən təhlükəsiz istifadə, etik qaydalar, təhlükə anında nə etməli, şifrə, texniki detallar öyrədilməlidir.