bizimaz.az Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer
havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 181 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 32 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 30 iş üzrə 23650 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 12409,93 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 135 iş üzrə 33831,55 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 12, məhkəmələrə 6 iş göndərilib.