Xəbər lenti

21 iyul axşam saatlarında Nabranda yerləşən “Malibu İstirahət Mərkəzi”ndə erməni mahnısı səsləndirilib.

 

bizimaz.az Vətəndaşların şikayəti əsasında Xudat Şəhər Polis Bölməsi istirahət mərkəzinə gəlib.

Xudat Şəhər Polis Bölməsinin rəisi Fəxrəddin Hacıyevin də şəxsən iştirakı ilə musiqi saxlanılıb. İstirahət mərkəzində Dj kimi fəaliyyət göstərən Nağıyev Abdul Xaliq oğlu polislərlə dalaşıb. Polisə müqavimət göstərən Dj saxlanılaraq Xudat şəhər Polis Bölməsinə aparılıb.

Nağıyev Abdul Xaliq oğlu polisə musiqini Malibu İstirahət Mərkəzinin rəhbərinin kompüterindən götürdüyünü deyib.

Bu gün Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə Nağıyev Abdul Xaliq oğlu 10 sutka müddətinə həbs edilib. Yenicag.az

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov