Güneyli fəal Camal Musəvinejad həbs edilib.
bizimaz.az İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda günahlandırılan güneyli milli fəal Şərqi Azərbaycan ostanının Apellyasiya Məhkəməsinin qərarı ilə bir il həbs cəzasına məhkum olunub.
C.Musəvinejada qarşı ittihamlar arasında millətçilik, Azərbaycan Respublikasının bayrağını öpmək və ona ehtiram göstərmək, milli düşüncələrə malik olmaq, 1945-ci il hadisələrini dəstəkləmək, Seyid Cəfər Pişəvəriyə ehtiram, sosial şəbəkələrdə milli zəmində fəaliyyət göstərmək və s. var.
Qeyd edək ki, məhkəmə Camal Musəvinejadın sosial mediadakı fəaliyyətlərinə və şəxsi kompüterində saxlanılan materiallarına, o cümlədən, Azərbaycan bayrağını öpərkən çəkilən bir fotosuna əsaslanaraq həbs qərarı çıxarıb.