Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib.
bizimaz.az Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İH başçısının müavini təyin olunub.
Bakı Şəhər İH-dən verilən məlumata görə, E. Əzizov bu gün vəzifəsinin icrasına başlayıb. Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E. Əzizov həm də şəhər meri səlahiyyətini icra edəcək.
Qeyd edək ki, E. Əzizov bundan əvvəl Gəncə, Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb.
Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov isə baş nazirin müavini təyin olunduğu üçün bir neçə aydır şəhər rəhbəri vəzifəsi boş qalıb.