Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrlar tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatı bu gün sona çatır.
bizimaz.az Dövlət İmtahan Mərkəzindən Trend-ə bildiriblər ki, bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.
Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər və onlar, boş qalan yerlərin müsabiqəsində də iştirak edə bilməyəcəklər.