Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay müddətinə uzadıb.
Bununla bağlı məlumat Avropa Birliyinin rəsmi jurnalında yayımlanıb.
Qərar iyulun 9-dan qüvvəyə minib.
Sənəddə bildirilir ki, iyulun 5-də Avropa Şurası Rusiya iqtisadiyyatının spesifik sektorunun yönəlmiş sanksiyaların müddətini 2019-cu il yanvarın 31-dək uzadıb.
Avropa Birliyi Ukraynadakı vəziyyətə görə martda 150 şəxsə və 38 təşkilata qarşı sanksiyaların müddətini sentyabrın 15-dək artırıb.