Oğuz rayonu ərazisində fıstıq, vələs və palıd ağaclarının sıx olduğu meşələrdə vəhşicəsinə məhv edilir. bizimaz.az Bu barədə obyektiv.info-a rayon sakinləri məlumat verib . Məlumata görə, yaxın aylarda ağır texnika növbəti dəfə meşələrdəki fıstıq və palıd ağaclarını doğrayıb. Rayon sakinlərinin yazdığı məlumata görə, bəzi işbazlar meşə sahələrini qıraraq odunları müxtəlif parket sexlərinə, mebel sexlərinə baha qiymətə satırlar. Kəsilən ağacların mebel və parketə yararsız hissəsi isə əhaliyə odun kimi satılır. Hazırda rayon ərazisində bir maşın odunun qiyməti 600-800 manat arasındadır. Son günlər vəziyyət tamamilə nəzarətdən çıxıb. Rayon sakininin sözlərinə görə, Xalxal, və digər kəndlərinin meşələrində demək olar ki, ağac qalmayıb. Artıq məlum "meşə soyqırımı" ilə bağlı Oğuz sakinləri dəfələrlə aidiyyatı qurumlara məlumat verdiklərini açıqlasalar da, heç bir tədbir həyata keçirilmədiyini bildirirlər. Qeyd edək ki, məlum hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinin Oğuz rayon Meşələrin Bərpası və Mühafizəsi İdarəsində son bir neçə ildə bir neçə rəhbər dəyişdirilib. Daxil olmuş şikayət əsasında Nazirlikdə bir neçə dəfə Komissiya yaradıb. Bu istiqamətdə aparılan araşdırmalarda bir neçə rəhbər vəzifəsindən çıxardsada dəyişən heçnə olmamıışdır yendə meşədə ağac kəsimi davam etməkdədir və hazırkı idarə rəisi də meşələrin kəsilməsi üçün öz tapşırıqını verir pulnu qazanır.