Azərbaycan Prezidenti İlham Əliyev cümə günü bir sıra qəsəbə və kəndlərinin adlarının dəyişdirilməsi haqqında Qanunu imzalayıb.
bizimaz.az Qanuna əsasən adları dəyişdirilən yaşayış məntəqələri Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarında yerləşir.
Dəyişikliklər aşağıdakı kimidir:
Ağsu:
Gürcüvan kəndi – Xanbulaq
Astara:
Qamışovka kəndi – Qamışoba
Goranboy:
Ağamalıoğlu kənd – Düzqışlaq
Əzizbəyov kəndi – Kəhrizli
Göygöl:
Xanlar qəsəbəsi – Ağdağ
Mixaylovka kəndi – Bənövşəli
Xaçmaz:
Alekseyevka kəndi – Çaykənarı
Müqtədir qəsəbəsi – İstisu
Krasnı Xutor kəndi – Şıxlı
Xızı:
Çistı Klyuç kəndi – Safbulaq
Şuraabad qəsəbəsi – Şorabad
Qazax:
Kommuna kəndi – Bala Çaylı
Quba:
Novonikolayevka kəndi – Çaydüzü
Qusar:
Şirvanovka kəndi – Şirvanlı
Masallı:
Kalinovka kəndi – Viləş
Oğuz:
Astraxanovka kəndi – Çaldaş
Vladimirovka kəndi – Çayqovuşan
Saatlı:
Xanlarkənd kəndi – Nabatkənd
Qarayevkənd kəndi – Orta Muğan
Samux:
Lüksemburq kəndi – Köbər
Qırmızı Samux qəsəbəsi – Qaraağaclı
Əli Bayramlı kəndi – Sarıqaya
Şəmkir:
Qasım İsmayılov kəndi – Ağlavaşlı
Muxtariyyat kəndi – Qədimqala
Yevlax:
Bünyadabad kəndi – Yeni Çobankərə