Xəbər lenti



“Erməni lobbisinin xaricdə törədiyi təxribatlardan xəbərdarıq. Bununla bağlı Azərbaycan diaspor təşkilatları fəal iş görür”.

 

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, Komitə diaspor təşkilatları ilə bu məsələ ətrafında məsləhətləşmələr aparıb: “Türk diasporu və digər türkdilli ölkələrinin diasporları da bu işdə Azərbaycanın yanındadır, birlikdə işlər görülür”.

F. Muradov qeyd edib ki, erməni lobbisi öz çirkin əməllərindən əl çəkməlidir: “Azərbaycan diasporu olaraq yaxın zamanda erməni lobbisinə ağır zərbələr endirəcəyik. Azərbaycan diaspor təşkilatları istənilən vaxt buna hazırdır”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov