Gecədən demək olar ki, bütün Azərbaycan ərazisində işıqların keçməsi medianın gündəmini zəbt edən əsas mövzuya çevrilib. Təbii ki, elektrik enerjisinin 5 dəqiqəlik yoxluğu belə ölkə ərazisində böyük problemə yarada bilər.
bizimaz.az Elektrik səhər saatlarına yaxın fasilə ilə verilməsi bir çox sahələrdə öz mənfi təsirini göstərib.
Elektrik enerjisindən asılı olan müəssisələrdən biri də heç şübhəsiz klinikalardır. Belə çətin vəziyyələrdə xəstəxanalarda generator olmalıdır ki, enerji ilə işləyən aparatların fəaliyyətində problem yaşanmasın.
Məsələ ilə bağlı Səhiyyə nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada heç bir xəstəxanada, özəl klinikalarda problem olmadığı qeyd olunsa da, bəzi insanlar xəstəxanalarda bununla bağlı problem yaşadığını iddia edirlər. Məsələ ilə bağlı bir neçə səhiyyə məssisələrindən münasibət öyrəndik.
Belə ki, “Semaşko” deyilən 1 saylı Şəhər Klinikasında işığın verilişində problem yaşanması ilə bağlı iddia qaldırılmışdı. Lakin xəstəxananın baş həkiminin köməkçisi Hüseyn Novruzov generatorların saz vəziyyətdə olduğunu, sadəcə lampaların yaxşı işləmədiyini bildirdi.
Digər bir şikayət Respublika Perinatal Mərkəzi ilə bağlı olub. Belə ki, burada da generatorların ləng işlədiyi bildirilir. Perinatal Mərkəzin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova bununla bağlı açıqlamasında il boyu bu cür vəziyyətlərə hazır olduqlarnı, elektrik baxımından mərkəzdə heç vaxt problem olamayacağını bildirib.
Məsələ ilə bağlı əlaqə saxladığımız Stimul və Oksigen kimi özəl klinikalarda da elektrik enerjisi ilə bağlı heç bir problem yaşanmadığını bildiriblər.