Energetika Nazirliyi və “Azərenerji” ASC yeni birgə operativ məlumat yayıblar.
bizimaz.az Məlumatda deyilir:
“Bir necə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş vermiş qəzanın nəticələri aradan qaldırılır.
Elektrik enerjisi təminatı Şimal və Qərb bölgələrində tam, Mərkəzi Aran bölgəsində 60 faiz, Bakı şəhərinin Yasamal rayonunda 100 faiz, Sabuncu 30, Xəzər rayonunda 80 faiz, Binəqədi rayonunda 90 faiz, Nəsimi rayonunda 40 faiz, Nərimanov rayonunda 30 faiz, Səbail rayonunda 20 faiz və Nizami rayonunda 10 faiz bərpa olunub.
Həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib.
Qısa müddət ərzində ölkənin digər bölgələrində də enerjinin verilişi bərpa ediləcəkdir. Hazırda vəziyyət tam nəzarət altındadır və ölkə üzrə mərhəli şəkildə elektirik enerjisinin təminatı bərpa edilməkdədir.
İlkin ehtimala görə, qəzaya səbəb Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma olub. Əlaqədar dövlət strukturlarından yaradılmış operativ əməliyyat qrupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir”.