Vüqar Babayev Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru təyin olunub. Bu barədə modern.az-a nazirlikdən məlumat verilib.
bizimaz.az V.Babayev bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək Texnologiyalar Parkı”nın direktoru işləyib.
Qeyd edək ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin elmi-tədqiqat institutları tərəfindən 2015-ci ildən 23 proqram üzrə tədqiqat işlərinin reallaşdırılmasında 96 tematik plan təsdiq edilib.