Xəbər lenti

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin müstəntiqləri ölkənin keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın evində apardıqları axtarış zamanı bankların birində 6,8 milyon dollar məbləğində əmanətlər haqqında saziş aşkar ediblər.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.


bizimaz.az Bildirilir ki, saziş 2017-ci ilin ikinci yarısında Ermənistanın o dövrdəki prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan və onun qızı Ani Sarkisyanla bağlanıb.

Məlumatda qeyd olunur ki, L.Sarkisyan 2017-ci il ərzində xüsusi tapşırıqlar üzrə səfir olub. Qanuna uyğun olaraq o, gəliri və maliyyə vəsaitləri barədə bəyannaməni təqdim etməli idi. Lakin o və qızı tərəfindən banka təqdim edilən bəyannamədə vəsaitlər göstərilməyib.
Bundan başqa, Sarkisyanın oğlu 2017-ci ildə əmlakı və gəlirləri barədə bəyannamə təqdim etməyib. Ötən il onun əmlakı qanuni gəlirlərin məbləğindən xeyli çox artıb.
Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsində qanunsuz varlanma və digər maddələr üzrə cinayət işi başlanıb.Virtualaz.org xatırladır ki, bir neçə gün əvvəl Serj Sarkisyanın qardaşı iri məbləğdə yeyintidə də ittiham olunmuşdu. Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin mətbuat xidməti onun təsisçisi olduğu “CLC Proekt kompani” şirkətinin fəaliyyəti nəticəsində dövlətə 300 milyon dram (600 min dollardan çox) zərər dəydiyi barədə məlumat yaymışdı.

Bildirilirdi ki, şirkətin hesabatlarına görə, dövlət qarşısında vergi borcları 147 milyon dram (306 min dollar) olub. Lakin bu borclar ödənilməyib. Bundan əlavə, şirkət 2016-cı ilin birinci rübü üzrə 140 milyon dram (300 min dollar) vergi ödənişlərindın yayınıb.
O da məlum olub ki, Levon Srarkisyanın direktoru və təsisçisi olduğu “CLC Proekt kompani” şirkətinin səhmlərinin 20%-i onun oğlu Narek Sarkisyana məxsusdur. Fond Yerevanda fəaliyyət göstərən Surb Qriqor Lusaroviç kilsəsinin ünvanında qeydiyyatdan keçirilib, lakin faktiki olaraq orada fəaliyyət göstərməyib.
Komitədən bildirilmişdi ki, doqquz ünvanda, eyni zamanda şirkətin təsisçilərinin mənzillərində və Pünik fondunun ofisində axtarışlar aparılıb.
Qeyd olunurdu ki, dövlətə dəymiş zərərin həcmi 300 milyon drama bərabərdir. O xat “Bilərəkdən müflisləşmə” və “vergidən yayınma” maddələri üzrə cinayət işi başlanmışdı.
İstintaq hərəkətləri davam etdirilirdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov