Türkiyə Silahlı Qüvvələri ötən gecə Qəndil və Sincar istiqamətində təşkil olunan hava əməliyyatında 12 hədəfi məhv edib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Qəndil, Sincar, Hakurk və Avaşin-Basyan istiqamətində təşkil olunan hava əməliyyatlarının gedişini Birləşmiş Əməliyyat Mərkəzindən izləyib.
“Ölkəmizə qarşı istənilən təhdid və təhlükəyə qarşı fəaliyyətlərimizi davam etdirəcəyik. Bundan dönüş yoxdur”, - Akar bildirib.