Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TANAP layihəsinin açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Türkiyə Respublikasına səfərə gedib.
Əskişəhər şəhərinin Həsən Poladxan hava limanında dövlət başçısını Türkiyənin Meşə və Su məsələləri naziri Veysəl Əroğlu və digər rəsmi şəxslər qarşılayıblar.