2014-2018-ci illər ərzində respublika üzrə ümumilikdə 140 000-dən çox pedaqoji işçi diaqnostik qiymətləndirmədən keçib.
Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatında bildirilir ki, qiymətləndirməyə cəlb edilmiş müəllimlərin dərs yükü norması 1,5 dəfə yüksəldilməklə əməkhaqları 2 dəfə artırılıb.
2017-ci ildə 49 000-dən, 2018-ci ildə isə 16 000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçib.
Eyni zamanda 2016-2017-ci və 2017-2018-ci tədris illəri üzrə müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan və ümumi təhsil müəssisəsinə müddətli əmək müqaviləsi əsasında işə qəbul edilən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üçün keçirilən müsahibələrin nəticəsinə əsasən, 477 nəfər müəllim ilə müddətsiz əmək müqaviləsi bağlanılıb.