Xəbər lenti



Şimali Koreya rəhbərliyi nüvəsizləşməyə sadiq olduğu müddətdə ABŞ onun təhlükəsizliyinə zəmanət verəcək.

Sinqapur sammitinin yekun sənədində iki dövlət arasında bu barədə razılıq əldə olunduğu qeyd edilib.
Prezident Tramp Şimali Koreyaya təhlükəsizlik zəmanəti vermək barədə öhdəlik götürdü, Kim Çen In isə Koreya yarımadasının tam nüvəsizləşməsi məsələsinə möhkəm və sarsılmaz sadiqliyini təsdiq edib” – deyə yekun sənəddə bildirilib.

Qeyd edək ki, Sinqapurda keçirilən ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanmasilə başa çatıb. Sənədin bütün detalları hələ ki, açıqlanmır. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov