Xəbər lenti

İyunun 5-də episentri Zaqatala rayonu olan zəlzələ 28 saniyə davam edib.

 

bizimaz.az Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət mərkəzindən bildirilib.

Məlumatda qeyd olunur ki, zəlzələ yerli vaxtla saat 22.40-da Zaqatala stansiyasından 16 km cənubda – Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Zəlzələnin davam etmə müddəti 28 saniyə olub.

Qeyd edək ki, zəlzələ nəticəsində bəzi evlərə ziyan dəyib. 31 nəfər xəstəxanalara müraciət edib. Zaqatala rayonunda bir nəfər insult keçirərək ölüb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov