Xəbər lenti

Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının açılış mərasimi olub.

 

bizimaz.az  Mətbuatda verilən məlumata görə, tədbirdə yarışın Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.

Ancaq belə əhəmiyyətli bir tədbirə Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov qatılmayıbSabiq vergilər nazirinin bu tədbirə qatılmaması birmənalı qarşılanmayıb. Bunu sabiq nazirin keçmiş həmkarları ilə qarşılaşmaq istəməməsi ilə bağlayanlar da olub, bu idman növünün onun üçün heç bir əhəmiyyət daşımaması ilə izah edənlər də.

Ancaq Fazil Məmmədovun səhhəti ilə bağlı müalicə aldığı üçün belə bir əhəmiyyətli tədbirdə iştirak etmədiyi də istisna edilmir.

fazil_m767_431-1512558372

Qeyd edək ki, Fazil Məmmədov daha əvvəl prezidenti olduğu Güləş Federasiyasından da istefa verib.

Xatırladaq ki, iyunun 9-dək davam edəcək mötəbər yarışda 43 ölkədən 1500-dən artıq idmançı mübarizə aparacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov