Xəbər lenti


Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa İttifaqının Statistika Bürosunun (Avrostat) təşkilatçılığı ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin statistika təşkilatlarının rəhbərliyi üçün "Rəsmi statistikanın müasirləşdirilməsi” mövzusunda yüksək səviyyəli seminar keçirilir.

Ardını oxu...


ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton rəsmi "Twitter" hesabında Azərbaycanla bağlı paylaşım edib.
Bizimaz.az: Bolton ötən gün Bakıya səfəri zamanı keçirdiyi mətbuat konfransından foto paylaşaraq, Azərbaycanda pozitiv müzakirələr aparıldığını qeyd edib.

"Azərbaycana gözəl səfər gerçəkləşdirdim. İsti qarşılanmaya görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Biz regional və enerji təhlükəsizliyi məsələlərinin geniş aspektlərinə dair pozitiv müzakirələr apardıq", - deyə Trampın müşaviri yazıb.



Qeyd edək ki, Con Bolton ötən gün Azərbaycanda səfərdə olub. ABŞ rəsmisi Prezidentİlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüş keçirib. Görüşlərdə iki ölkə arasındakı münasibətlər, o cümlədən Dağlıq Qarabağ problemi müzakirə olunub.



Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

Ardını oxu...


Bakıda yeni tikilmiş hündür mərtəbəli binada yanğın baş verib.

Bizimaz.az: hadisə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları və Post-Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində iş davam edir.


Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

Ardını oxu...


Oktyabrın 1-də Binə qəsəbəsində qatarla 160 saylı marşrut avtobusunun toqquşduğu, nəticədə iki nəfərin öldüyü və 40 nəfərin yaralandığı küçədə yol hərəkətinin təşkilində problemlər olması barədə elə həmin ərəfədə şikayətlər yayılırdı. Sosial şəbəkədə yayılan şəkillərdə qəsəbənin 275 sakininin Daxili işlər naziri Ramil Usubova müraciət etdiyi qeyd olunur.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov